Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“İlham Əliyevlə görüşümdə də bu öz əksini tapacaq” - Pezeşkian
 
						“İlham Əliyevlə görüşümdə də bu öz əksini tapacaq” 
							 - Pezeşkian
Əlavə olunub: 04.27.2025 | 22:41 | Baxılıb: 4858
“Çox şadam ki, siz buradasız və mən Azərbaycana səfər edəcəyəm. Ona görə ki, Azərbaycanı yad ölkə saymır, orada özümüzü qərib hesab etmirik”​.

“sirin.az” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində deyib.

“Biz keçmişdə ortaq tarixi bölüşmüşük, ancaq bu gün aramızda sərhəd var. İki ölkə xalqı kimi bir-birimizin qəmimizə, sevincimizə şərik olmuşuq. Azərbaycana çox yaxşı arzularımız var”, - o qeyd edib.  

Pezeşkian vurğulayıb ki, Azərbaycanla münasibətdə heç bir qəriblik hissi yoxdur:

“İnşallah Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümdə də bu öz əksini tapacaq. Biz keçmişdən çox yaxın qardaşlar olmuşuq. Bundan sonra da belə olacaq”.

“Bu tay, o tay bir-birimizlə qohumuq. Gediş gəlişlər töhfə verir. Buna görə də biz qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq”, - İran Prezidenti əlavə edib.

Daha ətraflı videoda:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.