Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.22.2025 | 23:43 | Baxılıb: 1582
PSJ-nin baş məşqçisi Luis Enrike Yohan Kroyf mükafatının qalibi olub. 

“sirin.az” xəbər verir ki, sözügedən mükafat ilin ən yaxşı məşqçisinə təqdim olunur. 

Enrike Parisin “Şatle” teatrında keçirilən ilin ən yaxşılarının mükafatlandırma mərasimində qalib elan edilib. 

Qeyd edək ki, Luis Enrike 2023-cü ilin yayından PSJ-ni çalışdırır. Fransa təmsilçisi ötən mövsüm Çempionlar Liqası, Fransa çempionluğu, kubokunu və Superkuboku qazanıb.

İngiltərə millisini çalışdıran Sarina Viqman isə qadın futbolunun ən yaxşı məşqçisi seçilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.