Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“İlin idmançısı” mükafatına onlar layiq görüldü
 
						“İlin idmançısı” mükafatına onlar layiq görüldü
Əlavə olunub: 04.22.2025 | 01:10 | Baxılıb: 2305
Yeddi qat Olimpiya çempionu, idman gimnastikası üzrə 23 qat dünya çempionu, amerikalı Simona Bayls “Laureus World Sports Awards – 2025”ə görə “İlin idmançısı” olub.

“sirin.az” xəbər verir ki, 25-ci mükafatlandırma mərasimi aprelin 21-də Madriddə baş tutub.

Dirəklə tullanma üzrə ikiqat Olimpiya çempionu və dünya rekordçusu isveçli Armand Duplantis isə kişilər arasında “İlin idmançısı” mükafatına layiq görülüb.

Qeyd edək ki, Laureus nominasiya siyahıları 70-dən çox ölkədən 1000-dən çox idman media orqanının səsverməsi ilə formalaşır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.