Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İlk dəfə bu ölkədə azərbaycanlı futbolçu çıxış edəcək
 
						İlk dəfə bu ölkədə azərbaycanlı futbolçu çıxış edəcək
Əlavə olunub: 06.23.2025 | 13:59 | Baxılıb: 2345
Turan Manafov karyerasını ölkə xaricində davam etdirəcək.

“sirin.az” Sport1.az-a istinadən xəbər verir ki, müdafiəçi Cənubi Afrika Respublikasının "Stellenboş" klubu ilə razılaşıb. Azərbaycanlı futbolçu Premyerşip təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Bu məlumatı oyunçunun məxsus olduğu FMA-nın mətbuat xidməti təsdiqləyib:

"Turan Manafovla klub arasında ilkin müqavilə imzalanıb. Cənubi Afrika Respublikasına getmək üçün viza müraciəti etmişik. Sənəd məsələsi həll olunan kimi Turan həmin ölkəyə yollanacaq və rəsmi müqavilə imzalanacaq. Klubla oyunçu arasında 3 illik saziş bağlanacaq".

Maraq üçün bildirək ki, ilk dəfədir, bir azərbaycanlı futbolçu Cənubi Afrika Respublikasında çıxış edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.