Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.24.2025 | 19:55 | Baxılıb: 3002
İspaniyalı baş məşqçi Rafael Benitez Yunanıstanın “Panatinaykos” klubunun baş məşqçisi təyin edilib.

“sirin.az” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, 65 yaşlı mütəxəssis Yunanıstan Super Liqasında illik 4 milyon avro maaş alacaq ki, bu da ölkə futbolu üçün rekord göstəricidir. Tanınmış mütəxəssis artıq məşqçilər qərargahı ilə birlikdə Afinaya gəlib və onun təyinatı barədə rəsmi açıqlamanın bu həftə ərzində veriləcəyi gözlənilir.

Qeyd olunur ki, klub rəhbərliyi Benitezdən “Panatinaykos”u 2010-cu ildən bəri qazana bilmədiyi Yunanıstan çempionluğuna çatdırmağı və komandanın Avropa turnirlərində mövqelərini gücləndirməsini hədəfləyir.

Xatırladaq ki, o, daha əvvəl “Real Madrid”, “Liverpool”, “Valensiya”, “Napoli”, “İnter”, “Everton” və “Nyukasl” kimi klublarda çalışıb. Onun son iş yeri 2023-2024 mövsümündə İspaniyanın “Selta” komandası olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.