Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İlon Maskdan Azərbaycanla bağlı paylaşım - Foto
 
						İlon Maskdan Azərbaycanla bağlı paylaşım 
							 - Foto
Əlavə olunub: 03.29.2025 | 13:49 | Baxılıb: 14549
Xəbər verdiyimiz kimi, Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib.

“sirin.az"in məlumatına görə, amerikalı milyarder, “Space X”in sahibi İlon Mask bununla bağlı “X” hesabında paylaşım edib.

“Starlink” indi Azərbaycandadır” - deyə, Mask yazıb.

Qeyd edək ki, “Starlink” İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış qlobal peyk şəbəkəsidir. Layihə dünyanın istənilən nöqtəsini yüksəksürətli genişzolaqlı internetlə təmin etmək məqsədi daşıyır. Peyk buraxılışları “SpaceX” raketləri ilə həyata keçirilir.

“Starlink” hazırda ABŞ, Kanada, Avstraliya, Avropanın əksər hissəsi, Latın Amerikası və Afrikanın bir sıra ölkələrində xidmət göstərir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.