Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.27.2025 | 13:43 | Baxılıb: 2770
İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu barəsindəki “siyasi casusluq” ittihamı da məhkəmə tərəfindən təsdiqlənib.

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı NTV kanalı yayıb.

Ə.İmamoğlu ilə yanaşı, onun seçki kampaniyasının direktoru Necati Özkan və jurnalist Merdan Yanardağ barəsində eyni ittiham qəbul olunub və həbsdə olan şəxslərin mühakimə edilməsinə qərar verilib.

Xatırladaq ki, bu il martın 23-də Ə.İmamoğlu haqda İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs qərarı verilib. Daha sonra Daxili İşlər Nazirliyi merin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.