Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İmamoğlunun səlahiyyətlərini müvəqqəti o icra edəcək
 
						İmamoğlunun səlahiyyətlərini müvəqqəti o icra edəcək
Əlavə olunub: 03.20.2025 | 19:21 | Baxılıb: 4513
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri vəzifəsini müvəqqəti icra edəcək şəxs məlum olub.

“sirin.az” “NTV”yə istinadən xəbər verir ki, ötən gün saxlanılan İstanbul meri Əkrəm İmamoğlunun səlahiyyətlərini bələdiyyənin CHP-li üzvü Nuri Aslan icra edəcək.

Bildirilib ki, Ə.İmamoğlu tərəfindən dünən əlyazısı ilə hazırlanan “vəkalət” sənədi bələdiyyənin dəftərxanasına təqdim edilib.

“İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaqa görə İstanbul Böyükşəhər Bələdiyyəsinin fəaliyyətinin pozulmasının qarşısını almaq üçün bu müddətdə İstanbul Böyükşəhər Bələdiyyəsi sədrinin səlahiyyətlərini İBB Şura üzvü Nuri Aslan yerinə yetirəcək”, - deyə, Ə. İmamoğlu sənəddə qeyd edib.

Xatırladaq ki, ötən gün İstanbul bələdiyyəsi barəsində genişmiqyaslı korrupsiya əleyhinə həyata keçirilən əməliyyat çərçivəsində İstanbul meri Əkrəm İmamoğlu daxil olmaqla 84 nəfər saxlanılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.