Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İmişlidə Müstəqillik Günü münasibətilə rəsmi tədbir keçirildi - Fotolar
 
						İmişlidə Müstəqillik Günü münasibətilə rəsmi tədbir keçirildi 
							 - Fotolar
Əlavə olunub: 05.27.2025 | 13:04 | Baxılıb: 1896
Bu gün İmişli rayonunda yerləşən Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilib.

“sirin.az” xəbər verir ki, tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Salahlı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev iştirakçıları salamlayaraq, 28 May – Müstəqillik Gününün əhəmiyyətindən bəhs edib. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyətin dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynadığını qeyd edib. Həmçinin müstəqilliyimizin bərpası və qorunması istiqamətində görülən işlərdən danışıb.

O, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin bərqərar edildiyini və dövlətçiliyimizin möhkəmləndirildiyini bildirib. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun uğurla davam etdirildiyini vurğulayıb. Digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolundan bəhs ediblər.







Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.