“sirin.az” xəbər verir ki, bu görüşlərdə vətəndaşların müraciətləri dinlənilib, onların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib və vətəndaş məmnunluğu təmin olunub.
Səyyar qəbullarda çıxış edən icra başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rol oynadığını vurğulayıb. O, həmçinin rayon sakinlərinin rahatlığının təmin olunması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.
Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, digərləri isə nəzarətə götürülərək aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, keçirilən səyyar qəbullar əhalinin sosial rifahının yüksəldilməsi və yerli problemlərin operativ həllinə yönəlmiş tədbirlər kimi qiymətləndirilir.