Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İmran Xan “Nobel”ə namizəd göstərildi
 
						İmran Xan “Nobel”ə namizəd göstərildi
Əlavə olunub: 04.01.2025 | 15:30 | Baxılıb: 2274
Pakistanın keçmiş Baş naziri, “Ədalət naminə hərəkat” müxalif partiyasının təsisçisi İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərilib.

“sirin.az” “The Times of India” portalına istinadən xəbər verir ki, İ.Xanın namizədliyini “Pakistan World Alliance” hüquq müdafiə təşkilatı irəli sürüb.

Bildirilib ki, keçmiş Baş nazir Pakistanda demokratik dəyərlərin və insan haqlarının qorunmasına verdiyi töhfəyə görə namizəd olaraq göstərilib. 

Siyasətçi daha əvvəl də - 2019-cu ildə bu mükafata namizəd kimi irəli sürülmüşdü. 

Xatırladaq ki, İ.Xan 2018-2022-ci illərdə Pakistanın Nazirlər Kabinetinə rəhbərlik edib. O, 2022-ci ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb. Xan 2023-cü ildə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.