Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.18.2025 | 11:54 | Baxılıb: 6310
Türkiyəli tanınmış futbol mütəxəssisi Nihat Kahveci “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Benfika” üzərindəki zəfərindən 3:2 hesablı qələbəsindən danışıb.

“sirin.az” xəbər verir ki, o, “Kontraspor” verilişində Azərbaycan təmsilçisinə həsəd apardığını bildirib:

“Mourinyo baba deyirdi ki, “Benfika” möhtəşəm komandadır, cütün favoritidir, bizim məğlubiyyətimiz normaldır. Azərbaycanlı qardaşlarıma, futbolçulara, klub prezidentindən idarəçisinə qədər, bütün azarkeşlərinə salam deyirəm, təbrik edirəm. 2:0-dan geridönüş etdilər, 3:2 hesabı ilə qalib gəldilər. İzlədim. Vurduqları qollara, oyun epizodlarına baxdım. İnsan “Qarabağ”a həsəd aparır. Yeri gəlmişkən, Mourinyo indi özü “Benfika”ya baş məşqçilik edəcək”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.