Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.25.2025 | 13:10 | Baxılıb: 802
İtaliyanın “İnter” klubu “Komo”da çıxış edən futbolçu Niko Pası heyətinə cəlb etmək istəyir.

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı “Tyc Sports” yayıb. 

Bildirilib ki, Milan təmsilçisi 21 yaşlı yarımmüdafiəçi üçün 58 milyon avro təklif etməyə hazırdır. Klub artıq argentinalı oyunçunun nümayəndələri ilə əlaqə saxlayıb.

Qeyd edək ki, Niko Pasın hüquqlarının 50 faizi İspaniyanın “Real” klubuna məxsusdur. Madrid təmsilçisinin futbolçunu geri almaq hüququ da var. Yarımmüdafiəçinin “Komo” ilə hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.