
“sirin.az” “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi danışıb.
“ABŞ ilə danışıqlar bu ölkənin ifrat dərəcədə olan tələbləri səbəbindən dayandırıldı və irəli getmədi”, - iranlı nazir qeyd edib.
Qeyd edək ki, bu günə qədər Tehran və Vaşinqtonun iştirakı ilə 5 raunddan ibarət nüvə danışıqları baş tutub. Danışıqlar iyun ayında İsrail və İran arasında 12 gün davam edən münaqişənin başlamasından sonra dayandırılıb. ABŞ sözügedən münaqişənin gərginləşməsindən 9 gün sonra İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib.