Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“İran bu hücumun hesabını ödəyəcək” - İsraildən reaksiya
 
						“İran bu hücumun hesabını ödəyəcək” 
							 - İsraildən reaksiya
Əlavə olunub: 06.19.2025 | 11:13 | Baxılıb: 4567
İsrail ordusu Tehranda strateji və hökumət hədəflərinə zərbələri gücləndirmək niyyətindədir.

“sirin.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz hərbçilərə göstəriş verib. 

Bununla yanaşı, ölkənin Baş naziri Benyamin Netanyahu İranın bu gün səhər Beer-Şeva şəhərində xəstəxanaya zərbə endirməsinə münasibət bildirib. 

Onun sözlərinə görə, İran bu hücumun hesabını ödəyəcək.

Xatırladaq ki, İsrail Müdafiə ordusu bu səhər İranın ölkə istiqamətində təqribən 20 raket atdığını açıqlayıb. Hücum çərçivəsində paytaxt Təl-Əviv və Beer-Şeva şəhərlərinə zərbə endirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.