“sirin.az” xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı deyib.
“Biz dinc nüvə enerjisi sektorunda etimadı gücləndirmək üçün dialoqa və əməkdaşlığa hazırıq. Bir tərəfdən, biz nüvə proqramının tam məhdudlaşdırılması ilə razılaşmayacağıq, digər tərəfdən isə sionist rejimin davam edən təcavüzünə cavabımız daha sarsıdıcı və qəti olacaq”, - Pezeşkian bildirib.
Pezeşkian qeyd edib ki, Tehran istənilən dialoqu və ya danışıqları alqışlayır, ancaq respublikanın qanuni hüquqlarına hörmətlə yanaşır.