İran televiziyasının vurulması zamanı 3 nəfər ölüb
Əlavə olunub: 06.17.2025 | 09:30 | Baxılıb: 1266
İranın “Islamic Republic of Iran Broadcasting” (IRIB) teleradio şirkətinin baş qərargahının raketlə vurulması nəticəsində 3 nəfər həlak olub.
“sirin.az” xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.
Xatırladaq ki, iyunun 16-da İsrail Tehranda IRIB-in baş qərargahına zərbə endirib. Hadisə nəticəsində binada yanğın başlayıb və yayım bir müddətlik dayandırılıb.