Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İran və ABŞ arasında danışıqlar başa çatıb - Yenilənib
 
						İran və ABŞ arasında danışıqlar başa çatıb 
							 - Yenilənib
Əlavə olunub: 04.12.2025 | 18:17 | Baxılıb: 3528
Omanın vasitəçiliyi ilə Maskatda İran və ABŞ nümayəndə heyətləri arasında dolayı danışıqlar başlayıb.

“sirin.az” xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi “X”də məlumat verib.

“İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında dolayı danışıqlar Omanın xarici işlər naziri Bədr bin Həməd bin Hamud əl-Busaidinin vasitəçiliyi ilə başlayıb”, - o yazıb.

***

İran və ABŞ nümayəndə heyətləri arasında dolayı danışıqlar başa çatıb.

İran nümayəndə heyətinin bir üzvü İSNA agentliyinə bildirib ki, məsləhətləşmələr uğurlu olub.

Məlumata görə, İran və ABŞ gələn həftə danışıqların yeni mərhələsini keçirmək niyyətindədir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.