
“sirin.az” xəbər verir ki, bu barədə “Əl Cəzirə”yə müsahibəsində İranın xarici işlər naziri Abbas Araqçı bildirib.
Onun sözlərinə görə, 60%-ə qədər zənginləşdirilmiş uran, demək olar ki, tam olaraq zərbələr nəticəsində dağıdılmış müəssisələrin qalıqları altında qalıb.
“Biz onları obyektlər bərpa olunana qədər qalıqların altından çıxarmaq niyyətində deyilik. Əlbəttə, biz bu 400 kiloqramdan nə qədərinin yaxşı vəziyyətdə olduğunu, nə qədərinin itirildiyini bilmirik və onları qalıqların altından çıxarana qədər də bilməyəcəyik”, - İranın XİN rəhbəri deyib.
Araqçı həmçinin ABŞ-nin İranın nüvə obyektlərinə zərbələri nəticəsində dəymiş ziyanın böyük olduğunu vurğulayıb.
Xatırladaq ki, iyunun 13-dən 24-nə qədər İsrail və İran qarşılıqlı olaraq bir-birilərinin ərazilərinə raket zərbələri endirib. İsrailin hücumları zamanı İranın bir neçə nüvə alimi və yüksəkvəzifəli hərbçiləri öldürülüb. Münaqişə zamanı ABŞ də prosesə qoşularaq İranın əsas olaraq İsfahan və Natanza bölgələrində yerləşən nəhəng nüvə proqramları obyektlərinə zərbələr endirib.