Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.04.2025 | 17:02 | Baxılıb: 1210
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanı dövlət başçılarının yazışmalarını onların razılığı olmadan yayımlamaqla diplomatik etikanı pozmaqda ittiham edib.

“sirin.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Rusiya lideri Vladimir Putinə keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı göndərdiyi məktubun yayımlanmasını şərh edərkən bildirib. 

“İrəvan tərəflərin icazəsini almadan ATƏT-in Minsk qrupunun həmsədrlərinin işçi materiallarını və dövlət başçılarının yazışmalarını ictimaiyyətə açıqlamaqla diplomatik təcrübədə müəyyən edilmiş etik normalara etinasız yanaşıb”, - Zaxarova deyib. 

Onun sözlərinə görə, təqdim edilən materiallar rəsmi İrəvanın son vaxtlar irəli sürdüyü tezisləri təkzib edir: “İşlənib hazırlanması və qəbul olunmasında Rusiyanın da fəal iştirak etdiyi BMT və ATƏT-in açıqlanan sənədləri təsdiq edir ki, ölkəmiz üç onillik ərzində həm vasitəçi, həm də Minsk qrupunun həmsədri kimi ardıcıl şəkildə Qarabağ münaqişəsinin siyasi-diplomatik həllinə nail olmağa çalışıb”. 

Xatırladaq ki, Ermənistan hökuməti dekabrın 2-də keçmiş Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edib. Hökumətin saytında ümumilikdə 13 fayl yerləşdirilib. Burada 2011-ci ildə Kazanda müzakirə olunan sənəd, 2019-cu ildə vasitəçilər tərəfindən təqdim edilən təkliflər, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın 2016-cı ilin avqustunda Rusiya lideri Vladimir Putinə ünvanlanmış məktubu və digər sənədlər var.

Bundan əvvəl, noyabrın əvvəlində Ermənistan Baş naziri Nikol Paşinyan müxalifətin tələblərinə cavab olaraq, Qarabağla bağlı danışıqlar prosesinə dair əsas sənədlər paketini açıqlayacağını bildirmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.