
“sirin.az” xəbər verir ki, bu barədə ispan nəşri “El Pais” məlumat yayıb.
Bildirilib ki, hazırda sənədlər baxılma mərhələsindədir.
Məlumata görə, Sobçak bundan əvvəl Fransadan 5 illik Şengen vizası alıb. Bu viza ona bütün Avropa İttifaqı ölkələrinə sərbəst səyahət etməyə imkan verir. İndi isə tanınmış aparıcı Avropa ərazisində müddətsiz yaşayış icazəsi əldə etməyə çalışır.
Xatırladaq ki, K. Sobçak Sankt-Peterburq şəhərinin sabiq meri Anatoli Sobçakın qızıdır. O, Rusiyada Putin hakimiyyətinə müxalif fikirləri ilə tanınan jurnalistlərdən biridir.