Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İsrail Beyrutun ətraf ərazilərinə zərbə endirdi
 
						İsrail Beyrutun ətraf ərazilərinə zərbə endirdi
Əlavə olunub: 04.01.2025 | 10:15 | Baxılıb: 739
İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrutun ətraf ərazilərinə zərbələr endirib.

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı İsrailin Müdafiə Ordusu yayıb.

Bildirilib ki, zərbələr Dahiya bölgəsinə endirilib və məqsəd “Hizbullah” hərəkatının terrorçu üzvünü zərərsizləşdirmək olub.

Məlumata görə, həmin şəxs HƏMAS hərəkatının döyüşçülərinə rəhbərlik edib və onlara İsrailin mülki şəxslərinə qarşı genişmiqyaslı terror aktının planlaşdırılmasında yardım edib.

“Ordu sözügedən şəxsin zərərsizləşdirilməsi ilə bağlı tədbirlər görüb və təhdidi aradan qaldırıb”, - məlumatda qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.