“sirin.az” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu yayıb.
Bildirilib ki, hücumlar zamanı əsas hədəf raket anbarları və raketlə əlaqəli obyektlər olub.
Hücumda təxminən 25 qırıcı təyyarə iştirak edib.
Bununla yanaşı, qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ötən gecə “Emad” tipli ballistik raketlərlə dolu buraxılış qurğusuna da zərbə endirib.