Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İsrail ölkədəki əcnəbilər üçün viza müddətini uzatdı
 
						İsrail ölkədəki əcnəbilər üçün viza müddətini uzatdı
Əlavə olunub: 06.18.2025 | 03:05 | Baxılıb: 667
İsrail ölkədəki əksər əcnəbilərin viza müddətini uzadıb.

“sirin.az” xəbər verir ki, bu haqda İsrail Miqrasiya İdarəsi bəyanat yayıb.

Miqrasiya İdarəsinin bəyanatında deyilir ki, İsraildə olan əcnəbi vətəndaşlar üçün viza avtomatik olaraq cari ilin 30 sentyabrına qədər uzadılıb.

Bu uzadılma turist, iş, könüllü, tələbə və bir sıra digər vizalara təsir edəcək.

Qeyd olunur ki, bütün sənədlər avtomatik olaraq uzadılır, ona görə də Daxili İşlər Nazirliyinin idarələrinə getməyə ehtiyac yoxdur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.