
“sirin.az” xəbər verir ki, bu haqda “Times of Israel” məlumat yayıb.
“Qəzza yaraqlıları zolağın cənubundakı Rəfahda İsrail qüvvələrinə hücum edib və bu, İsrail ordusunu bölgəyə hava zərbələri endirməsinə səbəb olub”, - məlumatda deyilir.
Xatırladaq ki, oktyabrın 13-də Şarm əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammiti çərçivəsində ABŞ, Misir, Türkiyə və Qətər liderlərinin imzaladığı sazişə əsasən, Qəzza zolağında atəşkəs əldə olunub.
***
İsrail Ordusu Qəzzanın cənubuna yenidən aviazərbələr endirməyə başladığını açıqlayıb.
HƏMAS-dan verilən açıqlamada isə qruplaşmanın toqquşmadan xəbərsiz olduğu qeyd edilib.