Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.02.2025 | 23:03 | Baxılıb: 702
İsrailin Moskvadakı səfiri Simona Halperin Rusiyadakı missiyasını başa vurub.

“sirin.az” xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Bildirilib ki, yeni səfir Oded Yosef növbəti həftədən fəaliyyətə başlayacaq.

Səfirlikdən qeyd edilib ki, Simona Halperin missiyasının başa çatması yeni təyinatla bağlıdır.

Belə ki, o bundan sonra İsrail Xarici İşlər Nazirliyinin Avropa Departamentinə rəhbərlik edəcək və agentliyin baş direktorunun müavini vəzifəsini icra edəcək. Diplomat 2024-cü ilin noyabrından İsrailin Rusiyadakı səfiri vəzifəsində çalışıb.

Avqustun 31-də İsrail hökuməti Yosifin İsrailin Rusiyaya yeni səfiri təyin edilməsini yekdilliklə təsdiqləyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.