Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İsraildə xəstəxana vuruldu - Video
 
						İsraildə xəstəxana vuruldu 
							 - Video
Əlavə olunub: 06.19.2025 | 09:32 | Baxılıb: 3449
İsrailin Beer-Şeva şəhərində İrana məxsus raketlərdən biri “Soroka” xəstəxanasının üzərinə düşüb.

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı “SHOT” teleqram kanalı yayıb.

Kanalın yaydığı görüntülərdən hadisənin ilk dəqiqələrini və dağıntının miqyasını görmək mümkündür.

“Mash” teleqram kanalı isə hadisə nəticəsində 9 nəfərin xəsarət aldığını yazıb.

Onu da qeyd edək ki, İsrail Müdafiə ordusu bu səhər İranın ölkə istiqamətində təqribən 20 raket atdığını açıqlayıb. Həmin raketlərin İsrailin hava hücumundan müdafiə vasitələri tərəfindən vurulduğu qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.