Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İsrailin hava hücumundan müdafiəsinə gündə 200 milyon dollar xərclənir - KİV
 
						İsrailin hava hücumundan müdafiəsinə gündə 200 milyon dollar xərclənir 
							 - KİV
Əlavə olunub: 06.20.2025 | 06:00 | Baxılıb: 1633
İranla münaqişə İsrailə gündə yüz milyonlarla dollara başa gəlir və bu, ölkənin davamlı müharibə aparmaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.

“sirin.az” xəbər verir ki, bu haqda “The Wall Street Journal” (WSJ) yazır.

Məlumata görə, İsrailin hava hücumundan müdafiəsinə gündə 200 milyon dollar xərclənir.

Həm zərbə vurmaq, həm də raketləri dəf etmək üçün istifadə edilən döyüş sursatları və təyyarələr də döyüş xərclərini xeyli artırır.

Nəşr qeyd edir ki, təkcə zədələnmiş binaların bərpası ən azı 400 milyon dollara başa gələ bilər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.