Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İsraillə bağlı mübahisələr fonunda istefa verdi
 
						İsraillə bağlı mübahisələr fonunda istefa verdi
Əlavə olunub: 08.23.2025 | 09:32 | Baxılıb: 1292
Niderlandın xarici işlər naziri səlahiyyətlərini icra edən Kaspar Veldkamp istefa verib.

“sirin.az” Niderlandın “Nu.nl” portalına istinadən xəbər verir ki, buna səbəb hökumətdə İsrailə qarşı sanksiya təzyiqini gücləndirməklə bağlı yaranan fikir ayrılığı olub.

İstefadan əvvəl Niderlandın Nazirlər Kabinetinin iclasında Veldkampın Qəzza zolağındakı hərbi əməliyyatla əlaqədar İsrailə qarşı əlavə sanksiyalar tətbiq edilməsi ilə bağlı təklifi müzakirə olunub.

Onun sözlərinə görə, bu istiqamətdə əlavə tədbirlər görmək imkanına sahib olmadığı qənaətinə gəlib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.