Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.16.2025 | 01:44 | Baxılıb: 3751
İstanbulun Esenyurt rayonunda silahlı insident yaşanıb.

“sirin.az” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, hadisə Sultaniyə məhəlləsindəki çay evində baş verib.

İlkin məlumata görə, axşam saatlarında avtomobillə gələn və şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş bir nəfər çay evində oturan gəncləri hədəfə alaraq avtomat silahla atəş açıb. Daha sonra silahlı şəxs ətrafdakı avtomobillərə doğru atəş açmağa davam edərək, hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, hadisə zamanı ölən və yaralanan olmayıb. Silahlı hücumla bağlı cinayət işi açılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.