Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İtkin şəhidimiz dəfn olundu - Fotolar - Yenilənib
 
						İtkin şəhidimiz dəfn olundu 
							 - Fotolar - Yenilənib
Əlavə olunub: 07.18.2025 | 12:13 | Baxılıb: 2063
Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Kərimov Məzahir Xalıq oğlu ilə Xaçmazın Çarxı kəndində vida mərasimi keçirilir.

“sirin.az” “Report”a istinadən xəbər verir ki, vida mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edir.

Vida mərasimindən sonra şəhid Usta Cəlilli kənd qəbiristanlığında dəfn olunacaq.

***

Vida mərasimi keçirildikdən sonra şəhid dövlət himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə Xaçmaz rayonunun Usta Cəlilli kəndində qəbiristanlıqda dəfn edilib.

Qeyd edək ki, Məzahir Kərimov könüllü olaraq Birinci Qarabağ döyüşlərinə qoşulub. O, 1994-cü ildən itkin düşmüş hesab olunurdu. Şəhidin nəşinin qalıqları Ağdərə rayonu ərazisində aşkarlanıb.

M. Kərimov cəbhəyə yollananda ailəli idi. İki qız övladı yadigar qalıb.

Nəvəsi şəhid Məzahir Kərimovun adını daşıyır.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.