Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İtkin şəhidlərimiz dəfn olunur - Fotolar - Yenilənib
 
						İtkin şəhidlərimiz dəfn olunur 
							 - Fotolar - Yenilənib
Əlavə olunub: 05.16.2025 | 12:23 | Baxılıb: 3615
Bu gün Naxçıvan Beynəlxalq Hava Limanında Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Sədərək rayonunun Dəmirçi kəndindən olan Muxtar Bayram oğlu Məmmədovun nəşinin qarşılanma mərasimi keçirilib.

“sirin.az” AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, qazilər, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin üçrəngli bayrağa bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Yaylım atəşi açılıb, “Qurani-Kərim”dən ayələr oxunub.

Sonra şəhidin cənazəsi doğulduğu Sədərək rayonunun Dəmirçi kəndinə gətirilib. Doğulduğu evdə şəhidlə ailə üzvlərinin vida mərasimi keçirilib. Sonra şəhidin nəşi Şərur şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Nəşin üzərinə örtülmüş üçrəngli Azərbaycan Bayrağı şəhidin qardaşına təqdim olunub.

Qeyd edək ki, Muxtar Məmmədov Birinci Qarabağ müharibəsində iştirak edib, 1994-cü il yanvarın 16-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşmüşdü.

***

Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi - Yusif Mirzəli oğlu Məmmədov Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Yusif Məmmədov 1972-ci il iyunun 29-da Sumqayıt şəhərində anadan olub. O, 1994-cü il fevralın 7-də Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə - Murovdağda itkin düşmüşdü.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan Abbasov Abuzər Tənzil oğlunun meyitinin qalıqları Zərdab rayonuna gətirilib. O, Beyləqan rayon məzarlığında naməlum şəhid kimi dəfn olunmuşdu.

Qeyd edək ki, Abbasov Abuzər Tənzil oğlu 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı ərazisində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

***

Birinci Qarabağ müharibəsi şəhidi Ərzumanov Elşən İsaməddin oğlunun nəşinin qalıqları Qubadakı Şəhidlər xiyabanında  dəfn olunub.

Şəhid Ərzumanov Elşən İsaməddin oğlu 23 aprel 1974-cü ildə Quba şəhərində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsində Kəlbəcər rayonu istiqamətində qəhrəmanlıqla döyüşüb. 1993-cü il aprelin 5-də Murovdağ uğrunda gedən şiddətli döyüşlər zamanı itkin düşüb.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Rüstəmov Miriş Məhəmməd oğlu Ağcabədi şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Miriş Rüstəmov naməlum şəhid kimi Füzuli rayonunda dəfn olunmuşdu.

Qeyd edək ki, Rüstəmov Miriş Məhəmməd 1973-cü ildə Ağcabədi şəhərində anadan olub. Birinci Qarabağ müharibəsində Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak edib. 1993-cü il avqustun 23-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşmüş sayılırdı.













Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.