Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kamran Əliyev Binəqədidə qəbul keçirdi - Foto
 
						Kamran Əliyev Binəqədidə qəbul keçirdi 
							 - Foto
Əlavə olunub: 06.24.2025 | 16:25 | Baxılıb: 1551
Baş prokuror Kamran Əliyev bu gün Bakı şəhəri Binəqədi rayon prokurorluğunun inzibati binasında Binəqədi rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Bu barədə “sirin.az”ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qəbulda iştirak edən 23 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.