Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Kanal-21”in admini həbs edildi - Foto
 
						“Kanal-21”in admini həbs edildi 
							 - Foto
Əlavə olunub: 08.17.2025 | 16:27 | Baxılıb: 4130
Ağdamda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən İlhami Nəsibov polis əməkdaşları tərəfindən tutulub.

“sirin.az"in əldə etdiyi məlumata görə, özünü sosial şəbəkələrdəki “Kanal-21” səhifəsinin idarəçisi və jurnalist kimi təqdim edən 2000-ci il təvəllüdlü İlhami Nəsibov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.

Müvafiq qərarla İ.Nəsibov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. 

İ.Nəsibovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər. 

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.