Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kavelaşvili həmin sənədi imzaladı
 
						Kavelaşvili həmin sənədi imzaladı
Əlavə olunub: 04.02.2025 | 19:46 | Baxılıb: 2096
Gürcüstan Prezidenti Mixail Kavelaşvili ABŞ-da qüvvədə olan FARA qanununa bənzər “xarici agentlər haqqında” sənədi imzalayıb.

“sirin.az” xəbər veriri ki, sözügedən sənəd Gürcüstan Qanunvericilik Bülletenin rəsmi portalında dərc olunub.

Qeyd olunub ki, qanun dərc edildiyi gündən 60 gün müddətinə qüvvəyə minir.

Qanun layihəsinə verilən izahatda qeyd olunub ki, xaricdən maliyyələşən QHT-lərin əksəriyyəti reyestrdə qeydiyyatdan keçməkdən imtina edir.

Partiya liderləri isə yeni qanunun ölkədə inqilabi prosesləri dəstəkləmək olan qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşməsinə qarşı mübarizədə ötən ilin mayında qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanundan daha effektiv olacağını gözləyirlər.

Qeyd edək ki, fevralın əvvəlində hakim “Gürcü Arzusu” partiyası FARA-nın analoqunu qəbul edəcəyini açıqlamışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.