Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kavelaşvilidən Əliyevlə Paşinyana minnətdarlıq
 
						Kavelaşvilidən Əliyevlə Paşinyana minnətdarlıq
Əlavə olunub: 05.23.2025 | 10:42 | Baxılıb: 1457
“Gürcüstan Ermənistan və Azərbaycan arasında münaqişənin başa çatmasında maraqlı olan tərəflərdən biridir”.

“sirin.az” xəbər verir ki, bunu “İmedi” telekanalının efirində Gürcüstan Prezidenti Mixail Kavelaşvili deyib. 

“Hər iki ölkənin rəhbərliyinə münaqişəni başa çatdırmağa hazırlıq nümayiş etdirdiklərinə görə təşəkkür etmək istəyirəm. Sülh və sabitlik region üçün həlledici əhəmiyyətə malikdir və hər üç ölkə üçün imkanlar yaradır”, - deyə Gürcüstan lideri qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.