Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kaya Kallas Azərbaycana gələcək
 
						Kaya Kallas Azərbaycana gələcək
Əlavə olunub: 04.22.2025 | 21:55 | Baxılıb: 3209
Aprelin 25-də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana səfər edəcək.

“sirin.az” xəbər verir ki, bu haqda Aİ-nin rəsmi saytında məlumat paylaşılıb.

Bildirilib ki, Kallas Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Onun, həmçinin xarici işlər naziri Ceyhun Bayramovla da görüşü planlaşdırılıb. Bu görüşdən sonra mətbuata açıqlamalar veriləcək.

Günün ikinci yarısında isə Kallasın Gənc Avropa Səfirləri ilə görüşü nəzərdə tutulub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.