Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.14.2025 | 09:54 | Baxılıb: 1559
Metronun “Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib. 

“sirin.az” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. 

Bildirilib ki, tüstülənmənin nəticələrinin sərnişinlərə təsirlərinin qarşısını almaq məqsədilə “Cəfər Cabbarlı” stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib.

“Cəfər Cabbarlı” və “28 May” stansiyalarının, həmçinin “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.

Saat 10:00-da stansiyanın giriş-çıxışının istifadəyə veriləcəyi bildirilib.

***

Metropolitendən bildirilib ki, stansiyanın giriş-çıxış qapıları sərnişinlərin istifadəsinə tam açılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.