Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Keçmiş NBA oyunçusuna 8 il həbs cəzası
 
						Keçmiş NBA oyunçusuna 8 il həbs cəzası
Əlavə olunub: 07.10.2025 | 11:00 | Baxılıb: 503
Milli Basketbol Assosasiyasında (NBA) çıxış etmiş Ben Maklemor təcavüzə görə 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

sirin.az xəbər verir ki, hadisə 2021-ci ildə baş verib.

Belə ki, B.Maklemorun vaxtilə oynadığı “Portlend” oyunçularından birinin evində keçirilən şənlikdə bir xanımın içkili vəziyyətindən istifadə edən basketbolçu ona təcavüz edib.

Bu barədə zərərçəkmiş özü də ifadə verib.

Oreqon məhkəməsi keçmiş oyunçunun 8 il 4 ay həbs edilməsinə qərar verib.

Qeyd edək ki, B.Maklemor “Memfis”, “Hyuston”, “Los Anceles Leykers” və “Portlend”də forma geyinib. Amerikalı sabiq basketbolçu 2022-ci ildən NBA-da çıxış etmir.

Nihad Əsədov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.