Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verdi
 
						Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verdi
Əlavə olunub: 05.04.2025 | 15:31 | Baxılıb: 2564
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında baş vermiş partlayışla əlaqədar İranın daxili işlər naziri İsgəndər Möminiyə başsağlığı məktubu göndərib.

Bu barədə “sirin.az”ya FHN-dən məlumat verilib.

Nazir baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.