Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.18.2025 | 17:40 | Baxılıb: 1472
Belçika Jupiler Liqasının  11-ci turunda keçirilən “Standard Lyej” – “Antverpen” oyunu qalmaqalla yekunlaşıb.

“sirin.az” xəbər verir ki, 88-ci dəqiqədə azarkeşlər tərəfindən meydana atılan kənar əşyanın hakim Lothar D’hondta dəyməsi səbəbilə qarşılaşma dayandırılıb.

Liqanın rəsmi açıqlamasında bildirilib ki, “Standard Lyej” azarkeşlərinin davamlı qayda pozuntularına görə görüş təxirə salınıb. Məlumata görə, matç 20 oktyabr, saat 15:00-da tamaşaçısız davam etdiriləcək. Oyun “Standard Lyej”in 1:0 hesablı üstünlüyü ilə qaldığı yerdən qalan normal və əlavə dəqiqələr oynanmaqla bərpa olunacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.