Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub” - İlham Əliyev
 
						“Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub” 
							 - İlham Əliyev
Əlavə olunub: 03.27.2025 | 14:42 | Baxılıb: 2012
“Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq”.

“sirin.az” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında deyib.

“Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək”, - deyə dövlət başçısı qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.