“sirin.az” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfərin ilk günü Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.
K.Vəliyevin D.Zmeko ilə görüşündə hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra Kərim Vəliyev Slovakiya müdafiə nazirinin müavini Martin Voytaşoviç ilə görüşüb.
Tərəflər hər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa dair müzakirələr aparıblar.