
“sirin.az” xəbər verir ki, o, “Al Arabiya English” kanalına verdiyi müsahibədə üzərində işlədiyi kitablar zamanı “ChatGPT”dən fəal şəkildə istifadə etdiyini qeyd edib.
“Bir şeyi etiraf etməliyəm – mən süni intellekti çox sevirəm. ChatGPT-ni sevirəm, o sadəcə möhtəşəmdir”, – deyə Conson bildirib.
Keçmiş Baş nazir əlavə edib ki, platformaya suallar verdikdə “ağıllı, dahi və mükəmməl” adlandırılması onu daha da ruhlandırır.
2001-ci ildən bəri bir neçə kitab müəllifi olan Boris Consonun son əsəri – “Unleashed” adlı avtobioqrafiyası 2024-cü ildə nəşr olunub. O hazırda yeni kitablar üzərində işlədiyini və süni intellekti ilham və ideya mənbəyi kimi istifadə etdiyini vurğulayıb.