“sirin.az” xəbər verir ki, bu barədə sözügedən partiyanın qurultayı zamanı qərar qəbul edilib.
Kobaxidze bununla da, ikinci dəfədir partiyaya sədr təyin edilir. Belə ki, o, 2021-ci ilin yanvarından 2024-cü ilin yanvarına qədər “Gürcü arzusu”na sədrlik edib.
Qeyd edək ki, partiyanın 2024-cü ilin fevralından sədri olan İrakli Qaribaşvili cari il aprelin 25-də siyasətdən getdiyini açıqlayıb.
Onu da xatırladaq ki, İ.Kobaxidze 2024-cü ilin fevralından Gürcüstanın Baş naziridir.