Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Konfrans Liqası matçında baş məşqçilər arasında gərginlik
 
						Konfrans Liqası matçında baş məşqçilər arasında gərginlik
Əlavə olunub: 04.18.2025 | 12:24 | Baxılıb: 3088
UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində keçirilən “Fiorentina” – “Sele” (2:2) matçı gərginliklə yadda qalıb.

“sirin.az” xəbər verir ki, matç bitdikdən sonra sloveniyalıların baş məşqçisi Albert Riera rəqib komandanın çalışdırıcısı Rafael Palladino ilə mübahisə edib. 

Matç bitdikdən sonra Riera məsələ barədə bunları deyib: “Palladino ilə əl sıxmaq istədim, amma mənə çox danışdığımı dedi. Mən matçdan öncə rəqibi tərifləmədim, sadəcə komandama motivasiya verməyə çalışırdım. Qarşımızda 300 milyon avroluq heyət var idi, biz isə 13 milyonluq büdcə ilə oynamışdıq. O məndən daha gəncdir, hələ öyrənməli çox şeyi var. Gələcəkdə eyni imkanlarla qarşılaşsaq, onda bizi müqayisə edə bilərlər”.

Qeyd edək ki, “Fiorentina” ilk matçda 2:1 hesablı qələbə qazandığı üçün Konfrans Liqasının yarımfinalına adlayıb.

Nihad Əsədov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.