Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.20.2025 | 14:45 | Baxılıb: 2142
Türkiyəli müğənni Tarkan İstanbulda 4 günlük konsert verəcək.

“sirin.az” xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında məlumat yayıb.

Konsert tarixlərinin açıqlanmasından sonra pərəstişkarları onlayn bilet satışı saytına axışıblar. Eyni anda çoxlu sayda insanın bilet sifariş etməyə çalışması saytın çökməsinə səbəb olub. Bilet ala bilməyənlərin arzularına çatmaq üçün “qara bazar”a üz tutduğu bildirilir.

Türkiyəli jurnalist Kenan Taş da konsertə bilet almaq istəyərkən növbədə 135 mininci adam olduğunu və buna görə də bilet almaq fikrindən daşındığını söyləyib.

Qeyd edək ki, konsert 16, 17, 20 və 23 yanvar tarixlərində “Volkswagen Arena”da baş tutacaq. Konsertin bilet qiymətləri 7-32 min lirə arasında dəyişir.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.