Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.08.2025 | 09:43 | Baxılıb: 1286
Portuqaliyalı mütəxəssis Serxio Konseysao Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun baş məşqçisi təyin olunub.

“sirin.az” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Onun sözlərinə görə, mütəxəssislə müqavilə 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub.

Çalışdırıcı ilə birlikdə məşqçilər heyətindən Juan Koşta, Siramana Dembele, Fabio Mora, Diamantino Fiqeyredo, Vedran Runye və analitik-məşqçi Eduardo Oliveyra da Səudiyyə Ərəbistanına yollanacaqlar.

Qeyd edək ki, S.Konseysaonun son klubu İtaliyanın “Milan” komandası olub. O, bu ilin mayında vəzifəsindən azad edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.