Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Konstitusiya Məhkəməsinin 77 yaşlı hakimi təqaüdə göndərildi
 
						Konstitusiya Məhkəməsinin 77 yaşlı hakimi təqaüdə göndərildi
Əlavə olunub: 04.10.2025 | 11:55 | Baxılıb: 6889
Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze təqaüdə yola salınıb.

“sirin.az” “Report”a istinadən xəbər verir ki, R. Qvaladzenin təqaüdə yola salınmasına səbəb onun son yaş həddinə çatmasıdır.

Qeyd edək ki, 77 yaşlı Rafael Qvaladze 1998-ci ildən Konstitusiya Məhkəməsinin hakimi idi. Prezident İlham Əliyev bu gün onu “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Xatırladaq ki, Milli Məclisin aprelin 11-nə təyin olunan iclasının gündəliyinə keçmiş hərbi prokuror Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı məsələ daxil edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.