Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Körpəsini qucağına almağa az qalmışdı, itirdi
 
						Körpəsini qucağına almağa az qalmışdı, itirdi
Əlavə olunub: 05.21.2025 | 17:45 | Baxılıb: 11574
Türkiyəli tanınmış aktrisa Ege Kökenli hamiləliyinin 22-ci həftəsində övladını itirib.

“sirin.az” xəbər verir ki, o bununla bağlı instaqram hesabında paylaşım edib.

“Həyat bəzən bizi ən zəif yerimizdən sınayır... Hamiləliyimin 22-ci həftəsində, hər şeyin yaxşı getdiyi bir vaxtda çox böyük həyəcan və sevgi ilə gözlədiyimiz körpəmizi itirdik. Tibbi olaraq əlimizdən gələn hər şeyi etməyimizə baxmayaraq, qızımızı qucağımıza ala bilmədik”, - aktrisa yazıb.

Qeyd edək ki, Ege Kökenli “Yahşi cazibe”, “Kalp atışı”, “Güneşin kızları”, “Yasak elma”, “Menajerimi ara”, “Güzel aşklar diyarı” kimi bir çox seriallarda rol alıb.

O, 2022-ci ildə Lior Ahituv adlı şəxslə ailə həyatı qurub.







Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.